top of page

“İndi bizim bəxtimizdəm Yunanıstan da, Lüksemburq da uduzacaq” Canni De Byazi


"Yaxşı oyun keçirdik. İlk hissədə bacarığımızı göstərə bilmədik. Amma balansı saxlamışdıq və mübarizə aparırdıq".


90plus.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Avstriya yığmasına 0:1 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis son dəqiqələrdə qol epizodundan yararlana bilmədikləri üçün təəssüfləndiyini bildirib: "İkinci yarıda yaxşı oyun gedirdi və bu səbəbdən dəyişikliklərə ehtiyac görmürdük. Güclü komandaya qarşı mübarizə apardıq. Fasilədən sonra penaltidən buraxdığımız qolla məğlub olduq".

İtaliyalı baş məşqçi futbolçuların nədəndə çəkindiyini söyləyib: "Avstriya yaxşı komandadır. Amma biz də inkişaf edirik. Sonuncu dəqiqələrdə qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi".

De Byazi futbolçuların bu gün meydanda güclərini qoyduğunu vurğulayıb: "Onlardan razıyam. Nəticə fərqli olsaydı, daha çox sevinərdik".

O, Avropa çempionatına qatılmaq üçün pley-off şanslarının davam etməsi barədə danışıb: "Bizim bəxtimizdəm Yunanıstan da, Lüksemburq da uduzacaq (gülür)".

0 comments
bottom of page