top of page

"İndi yalnız bu vacibdir",-Mançini


İtaliya millisinin baş məşqçisi Roberto Mançini komandasının Avropa Çempionatının qalibi olması barədə fikirlərini bölüşüb


90plus.az xəbər verir ki, mütəxəssis bildirib:


"İngiltərə yaxşı oynadı. Dərhal qol buraxdıq, çətin oldu, amma o andan etibarən üstünlük qazandıq. Oyunçularım əla idi, başqa nə deyəcəyimi bilmirəm.


Bu qələbə hər kəs üçün, bütün azarkeşlər üçün vacibdir. Yaxşı oynayaraq qalib gəldiyimiz üçün xoşbəxtik. Ümid edirəm azarkeşlər indi qeyd edir. İndi xoşbəxtik və yalnız bu vacibdir "


Qeyd edək ki, İtaliya finalda İngiltərəni penalti seriyasına məğlub edərək çempion olub.

0 comments
bottom of page