top of page

İngiltərə Premyer Liqasının futbolçusu malyariya xəstəsidir


İngiltərənin “Bornmut” klubunun futbolçusu Hamed Traore malyariyaya yoluxub.


90plus.az insayder Fabrisio Romanoya istinadla xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi təcili olaraq xəstəxanaya yerləşdirilib.


“Bornmut”un baş məşqçisi Andoni İraola xəbəri təsdiqləyib. İspan mütəxəssis futbolçusunun bir müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib:


“Son bir neçə həftə onun üçün çətin keçdi. Traore bir müddət yaşıl meydanlardan kənarda qalacaq”.


Qeyd: "Bornmut” Hamed Traoreni mövsümün əvvəlində “Sassuolo”dan transfer edib. Kot-D`İvuar millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda bir qol vurub.


Malyariya: Ağcaqanadların yaratdığı bu xəstəlik qaraciyəri, qan və beyini zədələyir. Müalicəsi var.

0 comments

Comments


bottom of page