top of page

İngiltərə klubundan yeni müqavilə

İngiltərənin “Kristal Pelas” klubu qapıçısı Visente Quaitayla yeni müqavilə bağlayıb.


90plus.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


İspaniyadan olan 36 yaşlı qolkiper yeni müqaviləyə əsasən 2025-ci ilin 30 iyununa kimi “Kristal Pelas”ın uğurları üçün çalışmağa davam edəcək.


Quatia 2018-ci ildən formasını geyindiyi “Kristal Pelas”da 147 oyuna çıxıb. “Valensiya”nın yetirməsi ölkəsində “Rekreativo” və “Xetafe”nin də formasını geyinib.

“Kristal Pelas” gənc yarımmüdafiəçisi Malkolm Ebioueyi də “Hall Siti”yə icarəyə verib. İngiltərədən olan, Niderland vətəndaşlığına da malik 19 yaşlı vinger bu mövsümün sonuna kimi Çempionşip təmsilçisində forma geyinəcək.



0 comments
bottom of page