top of page

“İnter” iranlı futbolçunu transfer etmək istəyir

“İnter” “Portu”nun hücumçusu Mehdi Taremini transfer etmək istəyir.


90plus.az "La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “İnter” iranlı futbolçu ilə maraqlanan “Milan”ı üstələmək üçün transfer işini sürətləndirib.


31 yaşlı hücumçu 2023-cü ilin avqustunda “Rio Ave”dən “Portu”ya keçib. Onun transfer məbləği 4,73 milyon avro olub. Tareminin klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.


Taremi bu mövsüm bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.



0 comments

Kommentare


bottom of page