top of page

"İnter Mayami" darmadağınla qalib gəldi, Messi fərqlənmədi!


Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" MLS-də 30-cu tur oyununa çıxıb.


90plus.az xəbər verir ki, komanda  "Torontonu" qəbul edib. "İnter Mayami" stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 45+3-cü dəqiqədə Fakundo Farias, 54 və 87-ci dəqiqələrdə Robert Teylor (dubl) və 73-cü dəqiqədə Benjamin Cremaşi vurub.

Argentinalı hücumçu Lionel Messi meydana start heyətdə daxil olub və 37-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “İnter Mayami” son 4 oyunda 3-cü qələbəsini qazanıb. Komanda hazırda turnir cədvəlində 31 xalla 13-cüdür.

0 comments

Comments


bottom of page