top of page

İran millisinin baş məşqçisi: "ABŞ-la siyasi münasibətlər bizi narahat etmir"

Futbol üzrə İran millisinin baş məşqçisi Draqan Skoşiç bu il Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində ABŞ yığması ilə eyni qrupa düşmələrinə münasibət bildirib.

90plus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis IRNA-ya açıqlamasında iki ölkə arasındakı siyasi münasibətlərin onu narahat etmədiyini söyləyib.


54 yaşlı baş məşqçi yalnız futbol barədə düşündüklərini vurğulayıb: "İki dövlət arasında fikir ayrılıqları ola bilər. Amma bu, məni və komandamı maraqlandırmır. Çünki biz siyasətçi deyilik. Dünya çempionatında hər oyun xüsusidir. Mən məşqçisiyəm və diqqətimi futbola yönəldirəm".


İran Futbol Federasiyasının prezidenti Mirşad Macedi isə isə bildirib ki, ABŞ yığmasının özünəməxsus oyun üslubu olsa da, onları məğlub etmək gücündədirlər.


Qeyd edək ki, İran millisi B qrupunda İngiltərə, ABŞ və Şotlandiya / Ukrayna - Uels cütünün qalibi ilə mübarizə aparacaq.

0 comments
bottom of page