top of page

“İrlandiya ilə matçlar həmişə çətin olur” – Deşam

Fransa milli komandasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun İrlandiya ilə görüşünü (1:0) şərh edib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin çox yaxşı müdafiə olunduğunu bildirib:


“Oyun çətin keçdi. Ümumiyyətlə, İrlandiya ilə matçlar həmişə çətin olur. Rəqib çox yaxşı müdafiə olunurdu. Görüşün sonlarına yaxın təhlükəli vəziyyətlər yaradırdılar.


İki oyundan sonra altı xal qazanmaq yaxşıdır. Bu matçlarda qol buraxmadıq və beş qol vurduq. Müsbət cəhətlərimiz çoxdur. Futbolçularım gəncdir, lakin onlar yüksək səviyyədə çıxış edərək uğur qazana bilərlər. Komandamla fəxr edirəm”.


Fransa millisi hazırda B qrupunda 6 xalla birinci, İrlandiya isə 0 xalla dördüncüdür.

0 comments
bottom of page