top of page

İsko bu klubların diqqət mərkəzindədir

İspaniyalı yarımmüdafiəçi İsko İngiltərə Premyer Liqası və MLS klublarının diqqət mərkəzinə düşüb.


90plus.az AS nəşrinə istinadən xəbər verir ki, “Real”ın keçmiş futbolçusu karyerasını “Vulverhempton” və ya “Los Anceles Qalaksi”də davam etdirə bilər.

İsko “Sevilya” ilə müqaviləsini pozub. Buna səbəb klubun direktoru Ramon Monçi ilə ispaniyalı futbolçu arasında olan mübahisə və “Sevilya”nın turnir cədvəlindəki hazırkı mövqeyidir.


İsko ötən yay “Sevilya”nın heyətində bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.



0 comments
bottom of page