top of page

İsveçin futbolçusu Azərbaycana məğlubiyyətdən utandığını deyib


“Bu məğlubiyyət utancvericidir”.


90plus.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Viktor Klasson Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.


Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın ikinci hissəsində meydana çıxan 31 yaşlı yarımmüdafiəçi təmsilçimizin daha motivasiyalı mübarizə apardığını bildirib: “İndiyə qədər beynəlxalq oyunlarda belə halla üzləşməmişdim. Azərbaycanlı futbolçular bütün duelləri, ikinci topları qazandılar. Onlar bizdən daha motivasiyalı idilər. Bu da nəticəyə təsir edən əsas amil oldu”.


Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hazırda hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tuturlar. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinaviyalılar isə Estoniyanı qəbul edəcəklər. Hər iki matç noyabrın 19-da keçiriləcək.

0 comments
bottom of page