top of page

İtaliyanın məşhur qolçusu dünyasını dəyişdi!


Futbol üzrə İtaliya milli komandasının keçmiş bombardiri Luici Riva 79 yaşında vəfat edib. 


90plus.az İtaliya mediasına istinadən xəbər verir ki, infarkt keçirən Riva xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.


Xatırlatma: Riva 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub.

O, Avropa çempionu (1968) və dünya çempionatının gümüş mükafatçısı (1970) olub.

0 comments

Recent Posts

See All

Comments


bottom of page