top of page

"İtalyanlar yay boyu qələbəmizi qeyd edəcəklər"- Mançini


İtaliya millisinin baş məşqçisi Roberto Mançini növbəti dəfə Avro-2020-nin çempionu olmaları barədə danışıb.


90plus.az xəbər verir ki, o, "Sky Sport İtaliya"ya açıqlamasında deyib:


"Bir Avropa çempionu kimi özümü çox yaxşı hiss edirəm. Bu, həqiqətən böyük bir hissdir və mən, xüsusən bütün italyanlara bu sevinci yaşatdığımız üçün xoşbəxtəm. Möhtəşəm uğur qazandıq. Bu, İtaliyanın tarix kitablarına daxil ediləcək. İtalyanlar bütün yay boyu qələbəmizi qeyd edəcəklər".


Qeyd edək ki, İtaliya millisi Avro-2020-nin finalında İngiltərəyə qalib gələrək (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 3:2) yarışın çempionu olub.

0 comments
bottom of page