top of page

“Jelezniçar”ın 5 futbolçusu “Neftçi” ilə matçı buraxa bilər

Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun 5 futbolçusu UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə bu gün keçiriləcək ilk oyunu buraxa bilər.


90plus.az xəbər verir ki, bu barədə Sarayevo təmsilçisinin çalışdırıcısı Nermin Başiç məlumat verib.


Başiç qeyd edib ki, zədəlilərdən ikisinin meydana çıxmayacağı artıq dəqiqləşib. Bunlar yarımmüdafiəçilər Semir Ştiliç və Edin Rustemoviçdir.


Müdafiəçilər İrfan Yaşareviç, Edin Kokaliç və yarımmüdafiəçi Hamza Qasalın isə iştirakı sual altındadır.


“Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu saat 23:00-da başlayacaq.

0 comments

Comments


bottom of page