top of page

Joze Mourinyo: “Kədərlənirəm, çünki biz daha çox şeyə layiq idik”

“Roma”nın baş məşqçisi Joze Mourinyo A seriyasının 10-cu turunda “İnter”ə məğlub olduqları matçı (0:1) şərh edib.


90plus.az xəbər verir ki, mütəxəssis məğlubiyyət haqqında danışarkən A seriyasını da tənqid edib:


“A seriyası matçı bazar ertəsi deyil, bazar günü keçirməklə bizə daha bir "hədiyyə" verdi. Buraya  yarı heyət ilə gəldik. Təəssüf edirəm ki, futbolçulara hörmət yoxdur. Hamı elə hiss edirdi ki, rəqibin stadionunda keçirilən qarşılaşma heç-heçə bitəcək. Komanda bütün çətinliklərin öhdəsindən sakitcə gəldi. Kədərlənirəm, çünki biz daha çox şeyə layiq idik”.


Qeyd edək ki, "Roma" hazırda 14 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır. “İnter” isə 25 xalla liderdir.



0 comments

Comments


bottom of page