top of page

Juninyo: “Tarix yazdıq…”


"Qarabağ"ın hücumçusu Olavio Juninyo "Bayer Leverkuzen"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini paylaşıb.


90plus.az xəbər verir ki, 27 yaşlı futbolçu şəxsi instaqram hesabında fotolar qoyub.


Braziliyalı forvard: "tarix yazdıq, bu anı yaşatdığı üçün "Qarabağ"a təşəkkür edirəm" yazıb.



Qeyd: Bakıda Leverkuzen təmsilçisi ilə heç-heçə (2:2) edən Azərbaycan çempionu turnirdə mübarizəni dayandırıb.

0 comments

댓글


bottom of page