top of page

”Kəpəz”dən qələbə; “Zirə”dən heç-heçə!


Misli Premyer Liqasının 16-cı turunda bu gün  2 matç keçirilib.


90plus.az xəbər verir ki, əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edib. Oyun "Kəpəz"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Gəncə təmsilçisi 9-cu pilləyə yüksəlib, "Qəbələ" sonuncu pilləyə enib.

Digər matçda isə "Zirə" evdə "Araz-Naxçıvan"la qolsuz bərabərə qalıb - 0:0.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.


9 dekabr

17:00."Zirə" - "Araz-Naxçıvan" - 0:0

Zirə İdman Kompleksinin stadionu


15:00."Qəbələ" - "Kəpəz" - 0:3

Qol: Georgi Papunaşvili, 6 (0:1), Adama Nyane, 70 (0:2), Georgi Papunaşvili, 72 (0:3)

Qırmızı vərəqə: Emil Səfərov, 50 ("Qəbələ")

Qəbələ şəhər stadionu


10 dekabr

15:00."Sabah" - "Səbail"

"Bank Respublika Arena"


18:00."Neftçi" - "Turan Tovuz"

"Neftçi" Arena"


8 dekabr 

“Sumqayıt” – “Qarabağ” - 1:6

0 comments

Commentaires


bottom of page