top of page

“Kəpəz” sırf dövlət tərəfindən ayrılan pul hesabına maliyyələşir”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 2-ci turunun “Zirə” ilə oyunundan sonra (0:1) mətbuat konfransında iştirak edib.


90plus.az xəbər verir ki, o, futbolçularına təşəkkür etdiyini dilə gətirib:


“Futbolçularıma təşəkkür etdim. Buna layiq idilər. Gərgin matç oldu. Bilirdim ki, çətin olacaq. İki fərqli hissə izlədik. İlk hissə “Neftçi” ilə oyunda olduğu kimi əks-hücumlar qurmağa çalışırdıq. Fasilədən sonra ön xətdə dəyişikliklrə etdik. Buraxılan qoldan sonra daha yaxşı olduq. Hətta rəqibi də üstələdik. Diqqətsizlikdən qol buraxdıq. “Zirə”ni təbrik edirəm.


Komandamızda futbolçu kasadlığı görünür. Müasir futbolda maliyyə önəmlidir. Biz sırf dövlət tərəfindən ayrılan pul hesabına maliyyələşirik. Gəncə kimi qədim şəhərin köklü komandası bu mövzuda əziyyət çəkir. Hər bir transferdə diqqətli olmağa çalışırıq. Çempionat başlayana qədər keçidlər reallaşdırmağa çalışırdıq. Bu gün də axtarışdayıq. Bəzən futbolçular Gəncəyə gəlmək istəmirlər. Bəzən isə həyat yoldaşları razılıq vermir. Hər şeyə rəğmən, 3-4 transfer mütləq edəcəyik. Mən 6-7 transferin edilməsini istəyirəm. Ən az mütləq şəkildə 3 transfer edilməlidir.


Junior 2 oyundur ki, hücumçunun arxasında oynayır. Həmin mövqe çox incə mövqedir. Ehtiramı həmin mövqedə yoxladıq, lakin alınmadı. O, “Neftçi” ilə oyunda tam yerini tapmışdı. Junior çox çalışır. Gələcəkdə istədiyimiz 10 nömrəni tapsaq, onu yenə də mövqeyinə qaytara bilərik.


İlqar Nadiri “Kəpəz” üçün çox çalışır. Mən də bu klubu çox sevirəm. Bəzən mətbuatda sponsor üçün şirkətlərin adı da hallandı. Lakin onun həqiqətlə əlaqəsi yoxdur. Axtarışlar davam edir.


Oyunun bitməsinə 10-15 dəqiqə qalmış 2004-cü il təvəllüdlü futbolçunu oyuna buraxdıq. Keçən oyun 2002-ci il təvəllüdlü futbolçunu sonradan oyuna buraxmışdıq. Onların Premyer Liqa təcrübələri yoxdur”.


0 comments

Comments


bottom of page