top of page

Kadi Borgesin “Qarabağ”a qayıdışı barədə agent danışdı!


Bu gün Kadi Borqesin "Qarabağ"a qayıtmaq arzusunda olduğu xəbərləri yayılıb.


90plus.az xəbər verir ki, hazlrda "Krasnodar"da çıxış edən futbolçunun agenti Helsio Roberto yayılan xəbərlərə münasibət bildirib. O, Kadinin Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib:


“Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi "Krasnodar"dakı hər şeydən razıdır”. 


Qeyd: Kadinin komandanın baş məşqçisi Murad Musayevə ayrılmaq istəyi ilə bağlı xahiş etməsi xəbərləri mediada öz əksini tapmışdı.

Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. O, 5 milyon avroya “Krasnodar”a transfer olunub. Kadinin "Krasnodar"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.


Mənbə: Metaratings

0 comments
bottom of page