top of page

Kapitan AL-in finalında oynamayacaq

"Mançester Yunayted” Avropa Liqasının finalında İspaniyanın "Vilyarreal” komandası ilə üz-üzə gələcək.

90plus.az xəbər verir ki, "qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr həlledici matçı buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib. Yerli mətbuata danışan norveçli mütəxəssis, kapitanın zədə səbəbindən final matçını buraxacağını bildirib.

"Mançester Yunayted”lə "Vilyarreal” arasında keçiriləcək Avropa Liqasının final matçı mayın 26-da oynanılacaq.

0 comments
bottom of page