top of page

Kazemiro: “Mən gedəndə Ançelotti ağladı”


Kazemiro: Mən “Real”dan "Mançester Yunayted"ə keçəndə Ançelotti ağladı - "Ayrılmaq asan deyildi".


90plus.az xəbər verir ki, “Man Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro Madrid klubundan ayrılarkən duyğulu anlar yaşandığını deyib. O, Karlo Ançelottini ağladığını vurğulayıb:



"Cümə günü günorta idi və "Mançester Yunayted"lə yalnız müqavilə imzalamağım qalmışdı. Ançelotti ilə sağollaşmağa gedəndə onun ağladığını gördüm: "Kase, niyə ağladığımı bilmirəm, amma səni çox sevirəm və getməyini istəmirəm".  Mən orada baş məşqçimin məni necə sevdiyini gördüm, amma qərar verilmişdi, söz vermişdim və sözüm hər şeydən önəmlidir”.


Qeyd: 2013-cü ildən "Real"da çıxış edən Kazemiro 2022-ci ildə "Mançester Yunayted"ə keçib.


Mənbə: Eurosport

0 comments
bottom of page