top of page

Kevin De Brüynenin evi qarət olunub!


Uzun müddətdir, zədəsini sağaltmağa çalışan dünyaşöhrətli futbol ulduzu Kevin De Brüynenin evinə oğru girib.


90plus.az "GOAL"a istinadən xəbər verir ki, hadisə zamanı De Brüyne, həyat yoldaşı Mişel və 3 övladları evdə olmasa da, bəzi əşyaların oğurlandığı bildirilib. Hələlik hadisə ilə bağlı ətraflı məlumat paylaşılılmayıb.


Qeyd edək ki, 32 yaşlı futbolçu 2015-ci ildə 70 hektar torpaq sahəsi alıb və 2019-cu ilin fevralında tikintisi tamamlanan təbii ağ daşdan villaya sahib olub. De Brüynenin evində hovuz, cakkuzi və basketbol meydançası var.

0 comments

Comments


bottom of page