top of page

Keyn yeni rekorda imza atdı

İngiltərə millisinin futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

90plus.az "Opta"ya istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna ötən gün DÇ-2022-nin seçmə mərhələsində Polşa ilə matçda (2:1) penaltini dəqiq yerinə yetirməklə nail olub.

Beləliklə o, yığmada penaltidən vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da Keyn bu göstəricidə yığmanın sabiq futbolçusu Frank Lempardın millidəki rekordunu geridə qoyaraq, yeni rekord müəyyənləşdirib.

Həmçinin Keyn 2 həftə ərzində millinin bütün matçlarında qol vura bilib. O, yığmada belə nəticə göstərən 3-cü oyunçu olub. Daha əvvəl bunu Ueyn Runi və Frenk Lempard bunu bacarıb.

Qeyd edək ki, Keyn millidə ümumilikdə 34 qol vurub. Yığmanın rekordçusu isə Ueyn Runidir- 53 qol.

0 comments
bottom of page