Keynin son durumuna aydınlıq gəlib


İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığmanın hücumçusu Harri Keynin son durumu haqda danışıb.

90plus.az xəbər verir ki, o, BBC-yə açıqlamasında deyib: “Keyn yaxşıdır. O, komandanın digər üzvlərindən ayrı olaraq müəyyən işlər görsə də, cümə günü keçiriləcək matça hazırdır. Onunla hər şeyin qaydasında olduğunu başa düşmək üçün müayinə aparıldı".



Qeyd edək ki, Keyn DÇ-2022-nin qrup mərhələsinin ilk turuna İranla oyunda (6:2) zədələnərək ikinci hissədə əvəzlənib.

Əlavə edək ki,  İngiltərə 2-ci turda noyabrın 25-i ABŞ-la qarşılaşacaq .

0 comments