top of page

"Keşlə"nin yeni baş məşqçisi

“Keşlə” Futbol Klubunun baş məşqçi vəzifəsinə təyinat olub. 90plus.az klubun saytına istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, komandanı Sənan Qurbanov çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə isteva verən Yunis Hüseynovu əvəzləyib.


Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018-2019-cu illər mövsümündə "Qəbələ”nin baş məşqçisi olub.

bottom of page