top of page

Klopp od püskürdü: “Bu cinayətdir”


"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer liqasının sıx təqvimini tənqid edib.


90plus.az xəbər verir ki, Yurgen Klopp deyib: “Cümə axşamı, bazar, çərşənbə və şənbə günü, saat 12:30-da matç. Bu, cinayətdir. Müvafiq nəzarət orqanlarının gəlməsini gözləyirdim. Bütün dünyada matçlar arasında ən qısa fasilələr bizdədir. İngiltərə klublarının avrokuboklardan erkən ayrılmasının səbəblərindən biri elə budur”.


Qeyd: İngiltərə Premyer liqasının 35-ci turundan sonra "Liverpul" turnin cədvəlində 75 xal toplayaraq 3-cü pillədə yer alır. Y. Kloppun başçılıq etdiyi klub 36-cı turda “Tottenhem”lə qarşılaşacaq.


Yurgen Klopp bu mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

0 comments

Comments


bottom of page