top of page

“Komanda meydana ruhsuz çıxmışdı” - “Qəbələ”nin məşqçisi


“Qəbələ” Misli Premyer Liqasının 17-ci turunda “Səbail”ə 0:3 hesabı ilə uduzduqdan sonra mətbuat konfransına baş məşqçi Elmar Baxşıyevin əvəzinə klubun məşqçisi Xaqani Məmmədov qatılıb.

90plus.az xəbər verir ki, Məmmədov baş

məşqçinin səhhəti ilə bağlı onu əvəz etdiyini bildirib:


“Həftə boyu futbolçuları nə qədər motivasiya etməyə çalışsaq da, göründü ki, komanda meydana ruhsuz çıxmışdı. Bu səbəbdən də oyunumuz alınmadı və məğlub olduq. Oturub danışırıq, futbolçular deyir heç bir problem yoxdur. Biz də çalışırıq ki, qələbə qazanaq. Amma görünən odur ki, alınmır”. 


X.Məmmədov növbəti turda “Sabah”la keçiriləcək matça da toxunub: “Qış fasiləsinə qədər cəmi 1 tur qalıb. “Sabah”la oyuna da çox ciddi hazırlaşacağıq. Əslində, bugünkü matça da yaxşı hazırlaşmışdıq. Amma meydanda istədiklərimizi görə bilmədik”. 


“Qəbələ”nin məşqçisi Samuel Tettehin aldığı qırmızı vərəqəyə belə münasibət bildirib: Komandanın turnir cədvəlində mövqeyi çox pisdir. Bu da futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir edir. Sanki küsgün kimidirlər. Hər xırda şeyə reaksiya verirlər, istər hakim olsun, istər rəqib futbolçu. Nəticədə də belə qırmızı vərəqə alırıq. Təbii ki, qırmızı vərəqələrə görə futbolçuları cəzalandırırıq. Yenə də cəzalandıracağıq. Çalışacağıq komandanı bu vəziyyətdən çıxardaq”.


0 comments

Comments


bottom of page