top of page

"Komanda tapşırıqları maksimum yerinə yetirdi"


"Oyunun əhəmiyətini dərk edirdik. Bilirdik ki, çətin görüş olacaq. "Neftçi"yə qarşı oynamaq hər zaman çətindir. Komanda tapşırıqları maksimum yerinə yetirdi və layiqli qələbə qazandı". 90plus.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri deyib. O bildirib ki, qol epizodlarını yaratmaq böyük iş tələb edir: "Komandam daha yaxşısını etməyə qadirdir. Bütün düşüncələrimiz "Şamaxı"ya qarşı görüşlə bağlıdır. Yaxşı nəticə qazanmağa çalışacağıq".

0 comments
bottom of page