top of page

Konfrans Liqası: pley-off cütləri müəyyənləşib


Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.


90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə pley-off cütləri müəyyənləşib.

Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olublar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu İspaniyanın "Betis" klubu ilə üz-üzə gələcək.


“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)“Servett” (İsveçrə) - “Ludoqorets” (Bolqarıstan)“Union” (Belçika) - “Ayntraxt” (Almaniya)“Betis” (İspaniya) - Dinamo” (Zaqreb, Xorvatiya)“Olimpiakos” (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan)“Ayaks” (Niderland) - “Budyo-Qlimt” (Norveç)“Molde” (Norveç) - “Legiya” (Polşa)“Makkabi” (Hayfa, İsrail) - Gent (Belçika)


Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 2024-cü il fevralın 15-i, cavab matçları isə fevralın 22-i keçiriləcək.

0 comments

Comments


bottom of page