top of page

Konfrans Liqası: Azərbaycan təmsilçilərinin rəqibləri bəlli olur

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

90plus.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi", "Zirə" və "Qəbələ"nin də mümkün rəqibləri bəlli olacaq.

Saat 15:00-da başlayacaq püşkatma zamanı “Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alacaq.


"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) – "Deçiç" (Monteneqro) və ya “Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi ilə, həmçinin “Aris” (Kipr), “Makedoniya” (Şimali Makedoniya) və “Velej”lə (Bosniya və Herseqovina) görüşə bilər.


"Qəbələ"nin mümkün rəqibləri APOEL (Kipr), “Başakşehir” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan), “Radniçki” (Serbiya), "Zirə"də isə “Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi, BATE (Belarus), “Kayrat” (Qazaxıstan), “Universtatya” (Krayova, Rumıniya), “Makkabi” (Təl-Əviv, İsrail) komandalarıdır.


UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"inə uduzsa, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova), “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya), “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta), “Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.


Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

0 comments
bottom of page