top of page

Konfrans Liqası: “Qarabağ”ın 12 potensial rəqibi bəllidir

Futbol üzrə Avropa Konfrans Liqasında mövsümün yaz hissəsində mübarizə aparacaq 24 komandadan 13-ünün adı bəlli olub.

90xəbər verir ki, bu komandalar arasında yer alan Azərbaycan təmsilçisi “Qarabağ”ın 12 mümkün rəqibi məlumdur.


Bu klublardan 6-sı qrupda 1-ci yeri təmin edib. Həmin komandalar birbaşa 1/8 finalda oynayacaq. Yalnız bir komandanın qrup ikinciliyi dəqiqləşib. Avropa Liqasından 3-cü yer sahibi kimi pley-offa qatılacaq 2 iştirakçı da bəllidir. Bir sözlə, pley-offun ümumilikdə 3 komandası məlumdur.


4 komanda isə yarışa 1/8, yoxsa pley-offdan davam edəcəyini son turda biləcək. Qrupdan çıxan, amma yeri bilinməyən 4 klubdan biri də “Qarabağ”dır.


Konfrans Liqasında qrup mərhələsinin sonuncu turunun matçları dekabrın 9-da baş tutacaq.


Qrup qalibləri LASK (Avstriya) “Gent” (Belçika) “Alkmaar” (Niderland) “Feyenoord” (Niderland) “Kopenhagen” (Danimarka) “Renn” (Fransa)


Qrup ikinciləri “Makkabi” (Təl-Əviv, İsrail)


Qrupdan çıxan, yeri bilinməyən “Bodo Qlimt” (Norveç) “Roma” (İtaliya) “Qarabağ” (Azərbaycan) “Bazel” (İsveçrə)


Avropa Liqasından gələnlər “Fənərbaxça” (Türkiyə) “Seltik” (Şotlandiya)

0 comments
bottom of page