top of page

Konfrans Liqası, yarımfinal adları: “Fənərbağça” bu siyahıda olmadı


“Fənərbağça" penaltilər seriyasında "Olimpiakos"a uduzaraq Konfrans Liqasında mübarizəni dayandırdı.


90plus.az xəbər verir ki, Türkiyə klubu doğma Şükrü Saracoğlu stadionunda ilk matçda 2:3 uduzduğu "Olimpiakos"u qəbul edib. İstanbul təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyindən əlavə vaxta ehtiyac duyulub. Yenə ümumi hesab (3-3) dəyişmədiyindən penaltilər seriyası oynanılıb. Daha dəqiq olan yunanlar yarımfinala vəsiqə qazanıblar:


 Fənərbağça 1-0 Olimpiakos

(Ümumi hesab: 3-3)

Penaltilər: 2-3


İrfan 8'


Qollar


UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin digər cavab oyunları:


“Brügge"də futbolçusunun dublu ilə adını yarımfinalçılar siyahısına yazdırıb:


PAOK 0-2 Brügge

(Ümumi hesab: 0-3)


Jutqla 33' 45'

Qollar:


Bu görüşlərdən əvvəl isə “Fiorentina” və “Aston Villa” da yarımfinala haqq qazanıb.


Beləliklə, yarımfinal cütləri belədir:


Fiorentina (İtaliya) - Brügge (Belçika)


Aston Villa (İngiltərə) - Olimpiakos (Yunanıstan).


Yarımfinalın ilk oyunları mayın 2-də, cavab görüşləri isə 1 həftə sonra olacaq.





0 comments
bottom of page