Kosta Rika millisi Dünya Çempionatları tarixinə adını anti-rekordla yazdırdı!


Kosta-Rika millisi dünya çempionatları tarixinə xoşagəlməz statistik faktla düşüb.

90plus.az "Opta Sports"a istinadən xəbər verir ki, bu, DÇ-2022-nin dünən İspaniyaya qarşı keçirilən matçında baş verib. Fernando Suaresin komandası 0:7 hesabı ilə uduzduğu görüşdə rəqib qapısına bir zərbə belə endirə bilməyib. Bu, bənzər stastistikanın aparılmağa başladığı 1966-cı ildən bəri ikinci belə acınacaqlı göstəricidir.


Maraqlıdır ki, əvvəlki antirekord da Kosta-Rikaya məxsusdur. 1990-cı ildə bu komanda Braziliyaya 0:1 hesabı ilə uduzduğu görüşdə də rəqib qapısına zərbə vura bilməmişdi.

0 comments