top of page

"Krasnodar"ın liderlər qrupuna qayıtması üçün əlimdən gələni edəcəm" - Kadi Borgeş


"Qarabağ"ın sabiq futbolçusu, qışda "Krasnodar"a keçən yarımmüdafiəçi Kadi Borges yeni klubundan danışıb. 


90plus.az xəbər verir ki, "РБ Спорт"a açıqlama verən braziliyalı Rusiya klubuna transferi haqda bunları deyib:



"Krasnodar"da olduğum üçün çox şadam. Məni burada çox yaxşı qarşıladılar. Hər gün komandaya, məşqçiyə daha da çox uyğunlaşıram. Günü-gündən daha yaxşı olacaq. Klubuma kömək etmək istəyirəm. Hər şeyi etmək istəyirəm ki, "Krasnodar" liderlər qrupuna qayıtsın".

0 comments
bottom of page