top of page

Kriştiano Ronaldo dünyada ən çox qol vuran futbolçudur! RƏSMİ!


"Mançester Yunayted" komandasının hücumçusu Kriştianu Ronaldu avstriyalı və keçmiş çexoslovakiyalı futbolçu Yozef Bitsanın vurduğu qolların dünya rekordunı qırıb.


90plus.az xəbər verir ki, Ronaldu İngiltərə Premyer Liqasının XXIX turunun "Tottenhem"lə qarşılaşmasında üç qol (3:2) vurub. Beləliklə, portuqaliyalı hücumçu karyerasında 807-ci qolunu vurub. Bitsan isə 805 qol vurmağa müvəffəq olub.

Çexiya Futbol Federasiyası Bitsanın karyerasında 821 qol vurduğunu iddia edir.

“Mançester Yunayted” 29 oyundan sonra 50 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir.

Ronaldu “Mançester Yunayted”ə 2021-ci ilin yayında qayıdıb. Bundan əvvəl portuqaliyalı hücumçu "Yuventus" və "Real Madrid"də çıxış edib. O, bu mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ronaldu Çempionlar Liqasında futbolçu altı oyunda altı qol vurub.

2020-ci il Avropa çempionatında Ronaldu dörd oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə edib.

Ronaldunun "Mançester Yunayted"lə müqaviləsi 2022/2023 mövsümünün sonuna qədər, bir mövsümlük uzadılma ehtimalı ilə başa çatır.

0 comments
bottom of page