top of page

"Kubada yaşayan anama və qızıma pul göndərirəm"


"Kubada 3-cü boksçu idim. İkinci hesab olunan idmançı yarışlarda məndən daha çox iştirak edirdi. Halbuki, mən heç vaxt ona uduzmamışdım". 90plus.az xəbər verir ki, bu sözləri Kuba əsilli boksçu Alfonso Dominges Azərbaycanı seçməsinin səbəbləri barədə danışarkən deyib. 81 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan 26 yaşlı idmançı yoxsul ailədə böyüdüyünü bildirib: "Onlara dəstək olmalıyam. Azərbaycanda məvacibim normaldır, mənə kifayət edir. Hazırda Kubada yaşayan anama və qızıma pul göndərirəm. Ailəmə görə ölkədən getməyə razılaşdım. Qızımı görə bilməmək ağırdır, amma belə olmalıdır". Qeyd edək ki, Alfonso Dominges 2017-ci ildən Azərbaycan millisində çıxış edir.

0 comments
bottom of page