top of page

"Kvaratsxeliya 100 faiz toxunulmazdır" - Kristiano Cuntoli

"Napoli"nin direktoru Kristiano Cuntoli Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliyanın "Mançester Siti"yə satılacağı ilə bağlı sualı cavablayıb.


90xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini sosial şəbəkə hesabı üzərindən belə çatdırıb:


"Danışıqlar apardığımız barədə deyilənlər həqiqəti əks etdirmir. Belə şey yoxdur. Kvaratsxeliya 100 faiz toxunulmazdır. Onun satılması ümumiyyətlə söhbət mövzusu deyil".


Qeyd edək ki, Xviça "Napoli"yə bu yay "Dinamo Batumi"dən keçib. A Seriyasında çıxdığı 15 qarşılaşmada 7 qol vuran istedadlı gənc 8 məhsuldar ötürmə ilə də yadda qalıb.

0 comments
bottom of page