top of page

"Kəpəz"in əcnəbi futbolçularından azarkeşlərə jest


“Kəpəz”in əcnəbi futbolçuları Georgi Kantariya, Mate Kvirkviya və Yeqor Xvalko azarkeşlərə jest edib.

90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar öz hesablarına “Kəpəz” – “Səbail” matçına 54 bilet alaraq azarkeşlərə paylayıblar.



Gəncədəki “Novruz” yarmarkasında fəaliyyət göstərən “Fan Shop”dan bilet alan futbolçular şəhərin mərkəzində biletləri azarkeşlərə veriblər. Onların bu təşəbbüsü maraqla qarşılanıb.

Qeyd edək ki, aprelin 1-də Gəncədə keçiriləcək “Kəpəz” – “Səbail” matçına saat 15:30-da start veriləcək.

0 comments
bottom of page