top of page

La Liqa klubunda yoluxma

İspaniyanın “Eybar” klubunda koronavirusa yoluxma halı qeydə alınıb.



90plus.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əsas heyətin futbolçuları, məşqçiləri və işçiləri dünən koronavirus testindən keçib.  Testlərdə bir nəfərin nəticəsinin pozitiv olduğu bildirilir. Həmin şəxsin adı açıqlanmır.




Özünü yaxşı hiss edən xəstənin karantinə alındığı qeyd olunub.

0 comments
bottom of page