top of page

Laportanın ümid-gümanı Xaviyə qaldı!

"Barselona" prezidenti Joan Laporta qeyri-rəsmi olaraq Xavidən daha bir mövsüm klubda qalmasını istədi!


90plus.az "Sport"a istinadən xəbər verir ki, Xavi fikrini dəyişmək və davam etmək qərarına gəlsə, aşağıdakı səbəblərə görə qapılar açıq olacaq:


"Barça” Xavinin işindən razıdır;


Soyunub-geyinmə otağı ona sadiqdir, futbolçular sona qədər Xavinin yanındadır;


Xavi klubu yaxşı tanıyır və “Barça”nın iqtisadi müstəvidə keçdiyi çətinliklərdən xəbərdardır;


Və nəhayət, məşqçi tapmaqda çətinlik.



0 comments
bottom of page