top of page

Laurentsiu Regekampf: "Neftçi"dən getməyi düşünmürəm"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf son zamanlar komandadan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.


90plus.az xəbər verir ki, rumıniyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında "Zirə" ilə keçirilən bugünkü oyundan (0:1) sonra mətbuat konfransında məsələ ilə bağlı bunları deyib:


"Bu haqda əvvəl də mənə sual verilib. Bütün konsentrasiyam "Neftçi"dədir. Mediaya başqa klublarla adımı hallandırmasına qadağa qoya bilmərəm. Bu, sizin hüququnuzdur, nə istəyirsiniz, yaza bilərsiniz. Mən "Neftçi"dəyəm və bütün fikrim, yalnız bu klubdadır. Bilirsiniz ki, təzəlikcə klubda toplantı olub. Komandanı gücləndirmək barədə danışığımız da olub. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişməyi düşünmürəm".



0 comments
bottom of page