top of page

Laurentsiu Regekampfın "Neftçi"dəki köməkçiləri bəlli olub

"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın köməkçiləri bəlli olub.

90plus.az xəbər verir ki, bunlar Viorel Dinu, Boqdan-Kornel Merişanu və Floren Aleksandrudur.


Dinu və Merişanu ilə artıq 2 illik müqavilə imzalanıb. Aleksandru ilə münasibətlər isə yaxın günlərdə rəsmiləşəcək.


Qeyd edək ki, Viorel Dinu köməkçi-məşqçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, Floren Aleksandru isə qapıçılar üzrə məşqçi funksiyalarını yerinə yetirəcəklər.

0 comments
bottom of page