top of page

“Legiya”nın baş məşqçisi Mahirin rəsmi debütündən danışdı

Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Norveç "Bodo Qlimt"i ilə ilk oyunda (3:2) dubl etməsini şərh edib.

90plus.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, millimizin üzvünün əsl hücumçu kimi oynadığını bildirib:

"İkinci qol ondan gözlənilən ustalığın nəticəsi idi. Həmişə hücumçunun müdafiə planında çox çalışmasını istəyirəm. Bu baxımdan onun etdikləri bizə kömək oldu. Çünki rəqib topa çox yaxşı sahib idi. Amma bir neçə dəfə olmalı olduğu yerdə deyildi. Bu barədə mütləq danışacağıq və bu məqamları yaxşılaşdırmağa çalışacağıq. Ümumi debütünə gəlincə, ümidverici oldu. Qol vurduğunuz zaman ətrafınızdakı insanlar sizə inanmağa başlayırlar. Bu, hücumçu üçün çox vacibdir".

0 comments
bottom of page