top of page

Leo Messi 1000-ci matçında qol vurdu


Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi karyerasında 1000-ci matçına çıxıb.

90plus.az xəbər verir ki, bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.



35 yaşlı forvard Argentina millisini heyətində DÇ-2022-nin 1/8 finalında Avtraliya ilə hazırda davam edən görüşdə meydana çıxıb. Bu. Messi üçün karyerasının 1000-cu qarşılaşmasıdır. Hücumçu ilk görüşünü 2003-cü ildə keçirib. O, "Barselona" ilə 778, PSJ ilə 53, Argentina millisi ilə isə 168 matçda meydanda olub. Messi ümumilikdə 778 qol vurub və 338 qolun ötürməsini verib.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan Argentina - Avstraliya matçında hesab 2:0-dır.

0 comments
bottom of page