top of page

Levandovski: "Biz Xaviyə inanırıq"

"Barselona"nın futbolçusu Robert Levandovski Avropa Liqasının pley-off mərhələsində "Mançester Yunayted"ə uduzaraq (1:2, ilk oyun - 2:2) mübarizəni dayandırmaları haqda danışıb.


90plus.az xəbər verir ki, 34 yaşlı hücumçu artıq diqqətlərini La Liqaya və Kral Kubokuna yönəldəcəklərini deyib:


“Bu, sanki Çempionlar Liqası oyunu idi. İndi addım-addım irəli getməliyik. Bizi hər zaman dəstəklədikləri üçün azarkeşlərə təşəkkür etmək istəyirəm.

Biz Xaviyə inanırıq. O, irəliləyir və biz ona güvənirik. İndi diqqətimizi La Liqaya və Kral Kubokuna yönəltməliyik. Gələn il Çempionlar Liqasına daha güclü qayıtmalıyıq”.

Xatırladaq ki, ötən gecə "Barselona" "Mançester Yunayted"ə uduzmaqla son 14 ayda 4-cü dəfə avrokuboklarda mübarizəni dayandırıb. Xavinin baş məşqçilik etdiyi komanda bu mövsüm Avroliqa ilə vidalaşmazdan əvvəl Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurub və turniri tərk edib.



0 comments
bottom of page