top of page

"Lex"in səfər proqramı məlum olub




Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la Bakıda qarşılaşacaq "Lex"in səfər proqramı məlum olub.


90plus.az xəbər verir ki, Polşa klubu sabah səhər saatlarında Poznan şəhərindən paytaxtımıza birbaşa çarter reysi ilə gələcək. "Lex" Bakıya çatmaq üçün 4,5 saat yolda olacaq. Bildirilir ki, komanda oyundan dərhal sonra Bakıdan ayrılacaq.


Qeyd edək ki, iyulun 12-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lex" matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasındakı ilk oyun "Lex"in 1:0 hesablı qələbəsiylə başa çatıb

0 comments
bottom of page