top of page

"Lex"-"Qarabağ": təyinatlar


Polşada "Lex" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb. 90plus.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Referi Xose Luis Munueraya yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Xorxe Figeroa Vaskes yerinə yetirəcək. Qeyd edək ki, iyulun 5-də "Poznan stadionunda keçiriləcək "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda baş tutacaq.

0 comments
bottom of page