top of page

“Leyptsiq” “Mançester Siti”dən çəkinmir

"Leyptsiq"in baş məşqçisi Marko Rouz Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə keçiriləcək oyundan gözləntilərini bölüşüb.


90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, güclü rəqibdən çəkinmədiklərini bildirib:


“Mən çox güvəndiyim əla oğlanlarla işləyirəm. Biz sadəcə şansdan istifadə edib ən yaxşı komandalardan birinə qarşı cəsarətlə oynamaq istəyirik. Əlbəttə ki, Nkunku və Olmonun olması bizim üçün itkidir, amma yaxşı heyətimiz var.


Çətin oyun olacaq, amma hər şey mümkündür. Komanda olaraq bir yerdə olsaq və azarkeşlərimiz bizi dəstəkləsə, o zaman çox şeyə nail ola bilərik. Biz birlikdə güclüyük!" 


Qeyd edək ki, sabah keçiriləcək "Leypsiq" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0 comments
bottom of page