top of page

"Lion" növbəti mərhələdə, "Qalatasaray"dan heç-heçə, "Legiya" məğlub olub

UEFA Avropa Liqasının qrup mərhələsində IV tura start verilib.

90plus.az xəbər verir ki, ilk olaraq 6 qrupda 8 qarşılaşma oynanılıb.


Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" Rusiya "Lokomotiv"ni qəbul edib. Matçda qalib müəyyənləşməyib - 1:1. "Sarı-qırmızılar" heç-heçə sayəsində E qrupundakı liderliyini qoruyub.


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada İtaliya "Napoli"sinə uduzub - 1:4. Varşava təmsilçisinin yeganə qolunu 11-ci dəqiqədə Emreli vurub.


A qrupunda "Lion" Fransada Çexiyanın "Sparta" (Praqa) klubunu 3:0 hesabı ilə üstələyib. Meydan sahibləri qrup lideri kimi 1/8 finala vəsiqəni öncədən rəsmiləşdirib.


H qrupunda Belçikada "Genk"lə heç-heçə edən İngiltərənin "Vest Hem" klubu ən azı pley-offa vəsiqəni təmin edib.


4 noyabr

UEFA Avropa Liqası Qrup mərhələsi IV tur


A qrupu 21:45. "Bröndbü" (Danimarka) - "Reyncers" (Şotlandiya) - 1:1 21:45. "Lion" (Fransa) - "Sparta" (Praqa, Çexiya) - 3:0

Xal durumu: "Lion" - 12, "Sparta" - 4, "Reyncers" - 4, "Bröndbü" - 2


B qrupu 21:45. "Monako" (Fransa) - PSV (Eyndhoven, Niderland) - 0:0 21:45. "Real Sosyedad" (İspaniya) - "Şturm" (Qrats, Avstriya) - 1:1

Xal durumu: "Monako" - 8, "Real Sosyedad" - 6, PSV - 5, "Şturm" - 1.


C qrupu 21:45. "Legiya" (Polşa) - "Napoli" (İtaliya) - 1:4

00:00. "Lester" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya)

Xal durumu: "Napoli" - 7 (4 oyuna) "Legiya" - 6 (4), "Lester" - 4, "Spartak" - 3.


D qrupu 21:45. "Olimpiakos" (Yunanıstan) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:2

00:00. "Antverpen" (Belçika) - "Fənərbağça" (Türkiyə)

Xal durumu: "Ayntraxt" - 10 (4 oyuna), "Olimpiakos" - 6 (4 oyuna), "Fənərbağça" - 2 , "Antverpen" - 1


E qrupu 21:45. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:1

{{widget-content-45201}}

00:00. "Marsel" (Fransa) - "Latsio" (İtaliya)

Xal durumu: "Qalatasaray" - 8 (4 oyuna), "Latsio" - 4, "Marsel" - 3, "Lokomotiv" - 2 (4).

H qrupu 21:45. "Genk" (Belçika) - "Vest Hem" (İngiltərə) - 2:2

00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Rapid" (Vyana, Avstriya)

Xal durumu: "Vest Hem" - 10 (4 oyuna), "Genk" - 4 (4). "Dinamo" - 3, "Rapid" - 3

0 comments

Recent Posts

See All
bottom of page