top of page

“Liverpul” Çempionlar Liqasında olsaydı…”

“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Co Koul “Liverpul”un Avropa Liqasını qazanmalı olduğunu deyib.


90plus.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusu Mersisayd klubunun iddiasından bəhs edib:


“Bu, onlar üçün əsas turnir deyil. Özlərinə lazım olan yerdə deyillər. “Liverpul” Çempionlar Liqasında olsaydı, finala yüksəlib, bəlkə də, qalib gələ biləcəyini deyərdik. Amma indi Avropa Liqasında oynayırlar. “Qırmızılar” bu turniri qazanmalıdır. “Liverpul” sürət yığdıqdan sonra onları dayandırmaq çox çətin olacaq”.


Avropa Liqasının E qrupunda “Liverpul” hər üç görüşdə qalib gələrək liderdir. 

41 yaşlı Koul karyerası ərzində “Vest Hem”, “Liverpul”, “Lill”, “Aston Villa”, “Koventry”, “Tampa Bay” klublarında da oynayıb.



0 comments

Recent Posts

See All

コメント


bottom of page