top of page

"Liverpul" 82 ildən sonra tarixi uğura imza atıb


Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Porto” ilə matç “Liverpul” üçün əlamətdar olub. 90plus.az xəbər verir ki, “mersisaydlılar” rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, “Liverpul” ardıcıl 16 matçda ən az 2 qol vurub. Bununla da komanda son 82 ildə belə nəticə göstərən ilk İngiltərə klubu adını qazanıb. “Liverpul” son dəfə avqustun 28-də “Çelsi” ilə görüşdə cəmi 1 qol vura bilib. Qeyd edək ki, 82 il əvvəl bu uğura “Vulverhempton” imza atmışdı.

0 comments
bottom of page